AZ

Rusiya tikinti şirkətləri Azərbaycana biznes-missiya ilə səfər edəcəklər

3-4 oktyabr tarixlərində Rusiyanın tikinti sahəsində fəaliyyət göstərən 20-yə yaxın şirkəti Azərbaycanda işgüzar səfərdə olacaq.

Rusiya İxrac Mərkəzinin məlumatına görə, iki gün ərzində potensial tərəfdaşlarla əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi müzakirə olunacaq. Rusiyanın müxtəlif regionlarından olan şirkətlər tikinti materialları və avadanlıqları, tikinti və dizayn üçün həllər təqdim edəcəklər.

Missiya iştirakçıları üçün məqsədyönlü danışıqlar, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində görüşlər təşkil olunacaq. Əməkdaşlıq variantlarının müzakirə ediləcəyi maraqlı tərəflər arasında Azərbaycanın tikinti məhsulları idxalçıları, tikinti şirkətləri və memarlıq büroları olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
vergiler.az

1Mənbələr