AZ

Peycerlərin partlayışı: ölənlərin sayı artdı

Livanda peycerlərin partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Aktual.az xəbər verir ki, bu sözləri Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad deyib.

Onun sözlərinə görə, ölənlərin arasında uşaq da var.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 4 min nəfər yaralanmışdı. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.

Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
ulusum.az

9Mənbələr