AZ

BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib

Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Universitetdən "Operativ Media"ya bildirilib ki, müsabiqəyə ümumilikdə 11 vəzifə çıxarılıb. Onlardan 7-si kafedra müdiri, 4-ü professor-müəllim vəzifəsidir.

Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, 1996-cı 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 33

Seçilən
34
9
operativmedia.az

10Mənbələr