AZ

AMB-dən bankların struktur bölmələrinin rəhbərləri ilə bağlı - YENİ QAYDA

Azərbaycanda bankların struktur bölməsinin rəhbəri də banka aidiyyəti olan şəxslər hesab edilədək.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov  “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”da dəyişiklə bağlı qərar qəbul edib.

Buna qədər isə banka aidiyyəti olan şəxslər müşahidə şurasının və idarə ehyətinin üzvləri, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi (bu vəzifələri icra edən şəxs), M.Ş. və İ.H.-nin qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, bankda ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər hesab edilirdi.

Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunurlardular.

Seçilən
8
fed.az

1Mənbələr