AZ

Kreml Ermənistanı silah və pulla təmin edir: İrəvan sülh danışıqlarını poza bilərmi?

"Rusiyanın Ermənistana Smerç və digər silahlar göndərməsi, əvvəlki razılaşmalar əsasında həyata keçirilsədə bu Kremli İrəvana jestidir. Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır. Rusiya-Ukrayna müharibəsi fonunda mərmi və silahları İrandan, Şimali Koreyadan alan Moskvanın Ermənistana silahlar göndərməsi Cənubi Qafqazda mövqeyini qorumaq və Azərbaycanla sülhə mane olmaq məqsədi daşıyır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 16 milyarda yaxınlaşır: "Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvülüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, N. Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma, Kreml durmadan bu ölkəyə yardımlar edir".

M.Əsədullazadə bildirib ki, bu gün Ermənistan Qərb və Rusiya tərəfindən kifayət qədər dəstəklənir: "Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması və silahlara təchiz olunması, İrəvanın sonda danışıqları pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistani maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun".

Seymur,

Sitat.info

Seçilən
23
5
sitat.info

6Mənbələr