"Cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, - o bildirib.
Peskov bəyan edib ki, Rusiya Ermənistanla əlaqələri davam etdirir və etdirəcək:
"Ermənistanla əlaqələri davam etdiririk və etdirəcəyik. Təbii ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır”.
Qeyd edək ki, Nikol Paşinyan KTMT-ni Ermənistanın suverenliyinə təhdid adlandırıb və bir daha geri qayıtmamaq şərti ilə bu qurumda fəaliyyətlərini dondurduqlarını elan edib.