AZ

Uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib

Bu ilin yanvar-iyul ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib.

Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.

Xidmət rəisi bildirib ki, keyfiyyət infrastrukturunun mühüm istiqamətlərindən olan uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya etibarlı nəticələrə malik sınaqların, inspeksiya, dəqiq ölçmə və kalibrləmə xidmətlərinin əldə olunmasını təmin edir, eləcə də istehlakçıların keyfiyyətli və təhlükəsiz mal və xidmətlərə çıxışını artırır.

Seçilən
35
1
vergiler.az

2Mənbələr