AZ

Diplomatiyada önəmli strateji ADDIM: “Azərbaycan bu faktları dünya birliyinin diqqətinə çatdırır”

“Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyətinin bütövlükdə işğaldan azad edilmiş bölgələrə mütəmadi səfərlərinin və intensiv ziyarətlərinin təşkil olunması hesab etmək olar ki, diplomatik baxımdan atılan önəmli strateji addımlardan biridir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O, Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş bölgələrə səfərini şərh edib.

Onun fikrincə, nəzərə almaq lazımdır ki, uzun müddət müvafiq prosesləri – Azərbaycan torpaqlarının işğal altında qalmasını, Ermənistanın təcavüzkarlıq meyllərinin davam etdirilməsini və Azərbaycan torpaqlarında ermənilərin vandalizm siyasəti həyata keçirdiyi mütəmadi şəkildə dünya birliyinin diqqətinə çatdırmağa çalışırdıq:

“Lakin təəssüflər olsun ki, onlar bir növ bu məsələyə laqeyd yanaşırdılar. Amma torpaqlarımız artıq işğaldan azad ediləndən sonra o ərazilərə diplomatların cəlb olunması həm də onların öz ölkələrinin bu məsələlər diqqətinin yönəlməsi baxımından önəmlidir. O torpaqlarda işğalçılıq dövründə nələrin baş verməsini, abidələrin nə şəkildə dağıdılması, tarixin saxtalaşdırılmasını vizual olaraq göstərmək baxımından əhəmiyyətlidir”.

“Digər tərəfdən, Azərbaycan qurucu, humanist xislətinə dayanaraq, bu proseslər dövlətimizin bərpa siyasətinin nümayişi baxımından olduqca önəmlidir. Yəni, ermənilərdən fərqli olaraq, həmin torpaqlarda qurur, yaradırıq. Hesab edirəm ki, bu siyasəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından həmin o diplomatların bölgəyə səfərlərinin önəmli olduğunu qeyd edə bilərik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
14
yenicag.az

1Mənbələr