AZ

“Ceremony Hall” gəlirlərini 81 faiz artırıb

“Ceremony Hall” QSC 2023-cü il maliyyə nəticələrini açıqladı və ötən illə müqayisədə şirkətin fəaliyyətində nəzərəçarpan artım müşahidə olunub.

Banker.az xəbər verir ki,  bu barədə şirkətin illik  əsas əməliyyat gəlirləri 2023-cü ildə 2.585 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki 1 milyon 424 min manatdan 81.5% çoxdur. Satışın maya dəyəri isə 1 milyon 718 min manata çataraq, keçən ilin 1.055 milyon manatlıq rəqəmini ötüb.

Şirkətin ümumi mənfəəti də əhəmiyyətli artım göstərərək 867 min manat olub (2022: 370 min manat). Lakin inzibati xərclər 246 min manata yüksəlib, halbuki ötən il bu rəqəm -17 min manat idi. Bununla belə, əməliyyat mənfəəti 620 min manat təşkil edib və 2022-ci ildəki 352 min manatdan 76%-lik artım qeyd olunub.

Vergitutmadan əvvəlki mənfəət də ciddi şəkildə artaraq 589 min manata çatıb (2022: 305 min manat). Şirkətin xalis mənfəəti 382 min manat olub, bu da əvvəlki ilin 191 min manatına nisbətən ikiqat artım deməkdir.

9888979597

Seçilən
101
4
banker.az

4Mənbələr