Xorvatiya yığmasının futbolçusu İvan Perişiçin karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, “Hayduk”da baş məşqçi Cennaro Qattuzo ilə münaqişə yaşayan və bu səbəbdən Split təmsilçisindən ayrılan 35 yaşlı yarımmüdafiəçi Niderlandda çıxış edəcək. Perişiç bu ölkənin PSV klubu ilə anlaşıb. Razılaşmaya əsasən, təcrübəli futbolçu 2025-ci ilin yayınadək Eyndhoven klubunun formasını geyinəcək. Qeyd edək ki, İvan Perişiç karyerası ərzində "İnter", "Bavariya" və "Tottenhem" kimi klublarda da oynayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta