İranın Moskvadakı səfiri Kazem Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
“Report” xəbər verir ki, məlumatı İran mənbələri yayıb.
Bildirilib ki, tərəflər Cənubi Qafqazda vəziyyəti və regionda əməkdaşlığın vacibliyinə dair məsələləri müzakirə ediblər.
Xatırladaq ki, Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranda səfərdə olub, Prezident Məsud Pezeşkianla görüşüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta