AZ

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "K Group” MMC-yə elektron pul təşkilatı, "M.A.X Sistemləri Plyus” və "Cibpay” MMC-lərə ödəniş təşkilatı, "Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Bu barədə  AMB məlumat yayıb.
 
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - məlumatda bildirilib.

AMB bundan əvvəl "A-Solutions", "United Payment", "Modenis", "PashaPay", "Mobile Payment Solutions”, "Paysis” və "PulPal" MMC-lərə, "GoldenPay" ASC-yə və "Mpay” QSC-yə elektron pul təşkilatı, "Token Azərbaycan”, "Global Innovations”, "Drakaris” və "Multi Solutions” MMC-lərə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 17-yə çatıb.


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
30
anews.az

10Mənbələr