NUHÇIXAN xəbər verir ki, sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta