Türkiyə Superliqasının VI turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" oyununu idarə edəcək hakim müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma Atilla Karaoğlana tapşırılıb.
Qeyd edək ki, sentyabrın 21-də təşkil olunacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.