Mübahisə zamanı xəncərlənən tələbə Elmir Nəsirovun vəziyyəti açıqlanıb.
Bizimxeber.az bildirir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) 17.09.2024-cü il tarixdə saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud və sol baldır nahiyədə kəsilmiş-deşilmiş yara diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib. Pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub".
Qeyd edək ki, ötən gün Bakıda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında dava olub.
Liseyin 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Elmir Ramil oğlu Nəsirov həmin təhsil ocağının tələbəsi ilə mübahisə edib. Mübahisə zamanı tələbə yoldaşı ona xəncərlə 5 zərbə endirib.
Qeyd edək ki, Elmir Ramil oğlu Nəsirovu xəncərləyən tələbənin adı açıqlanmır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta