Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.
Sitat.info xəbər verir ki, bu gün onun barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxılacaq.
Elman Paşayev həbs olunacağı təqdirdə, onun Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsi dondurulacaq.
Qeyd edək ki, dünən Rusiya Hərbi İstintaq Komitəsi Paşayevin saxlanıldığı barədə məlumat yayıb. Bildirilib ki, Paşayev 46 milyon rubldan çox dələduzluqda şübhəli bilinir.
***
Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada həbs edilib.
Bu gün Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.
Məhkəmə Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib./APA