Belarus Vyana Sənədi çərçivəsində Şimali Atlantika Alyansına üzv dövlətlərlə praqmatik dialoqu bərpa etməyə ümid edir.
HİT.az xəbər verir ki, bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi - Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, general-mayor Valeri Revenko bildirib.
Onun sözlərinə görə, sənəd çərçivəsində dialoqun bərpası silahlı qüvvələrin, o cümlədən sərhədyanı ərazilərdə fəaliyyəti ilə bağlı bir sıra aktual məsələlərin həllinə imkan verəcək.
"Ümid edirik ki, Vyana Sənədinin imkanlarının obyektiv qiymətləndirilməsi, regional etimad və təhlükəsizlik tədbirləri həm Belarus Respublikası ilə həmsərhəd olan dövlətlərə və digər ölkələrə yeganə düzgün qərar qəbul etməyə və praqmatik dialoqa qayıtmağa imkan verəcək", deyə general-mayor bildirib.
General-mayorun sözlərinə görə, Belarus istər bütövlükdə, istərsə də sərhədyanı ərazilərdə silahlı qüvvələrin fəaliyyəti ilə hər hansı şəkildə bağlı olan bir çox aktual məsələlərin öz həllini tapacağına əmindir.
Sentyabrın 8-də Belarusun Təhlükəsizlik Şurası respublika ilə sərhəddə Ukrayna Silahlı Qüvvələrinin 14 min nəfərlik qrupunun olduğunu elan edib.
Samir