AZ

“Dinin siyasiləşdirilməsi milli təhkükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib - FOTO

Sentyabrın 18-də "Şirvan Gənclər evi" sosial xidmət müəssisəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhkükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rəfael Nəsirov, Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Ağaşirin Nəsibbəyli, eləcə də gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid olması, dini fanatizm, radikalizm və ekstremizmin təhlükələri barədə məlumat verilib, bununla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. İştirakçılar radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Seçilən
16
1
iqtisadiyyat.az

2Mənbələr