AZ

Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir

     Çinin Chang'e-6 adlı aparatı Ayın qaranlıq tərəfindən yığılmış süxur nümunələrini iyun ayının sonunda uğurlu şəkildə Yer kürəsinə çatdırmışdı. İndi isə Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələrinin tərkibləri barəsində ilkin məlumatlar ortaya çıxıb. Süxur nümunələrinin analizi ilə bağlı tam elmi məqalələr yalnız 1 ildən sonra təqdim olunacaq. Lakin çinli alimlər bu qədər vaxt uzatmadan ilkin məlumatları təqdim ediblər.     Beləliklə məlumata əsasən daha öncə Ay səthindən Yer kürəsinə çatdırılmış bütün süxur nümunələrindən fərqli olaraq Ayın qaranlıq tərəfindən çatdırılmış süxur nümunələri aşağı sıxlığa sahibdirlər. Təkcə bu faktor həmin süxur nümunələrinə marağı artırır. Lakin bu, yeganə məlumat deyil. Belə ki, daha öncə Ay səthindən Yer kürəsinə çatdırılmış bütün süxur nümunələri əsasən bazalt tərkibli olublar. Ayın qaranlıq tərəfindən çatdırılmış süxur nümunələrində isə çoxlu sayda kənar maddələr aşkar edilib.     Aşkar edilmiş çoxlu sayda kənar maddələr geoloji səviyyədə yenidirlər. Alimlər güman edirlər ki, onların əllərinə Ay süxuru ilə Ay səthinə bir neçə müddət bundan öncə düşmüş müxtəlif materiallardan təşkil edilmiş qarışıq düşüb. Chang'e-6 aparatının Ayın qaranlıq tərəfindəki eniş sahəsi zərbə sonrası yaranmış bir neçə yeni kraterə sahibdir. Çox güman ki, həmin kraterlər süxur nümunələrinin əldə edildiyi sahənin səthini tullantı məhsulları ilə çirkləndiriblər. Nəticədə alimlər təyin ediblər ki, Ayın qaranlıq tərəfindən çatdırılmış süxur nümunələrinin tərkiblərində şüşə və çöl şpatı hissəcikləri var.

Seçilən
19
technote.az

1Mənbələr