AZ

Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi

Futbol üzrə 2025-ci il Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, Mərakeşin ev sahibliyi edəcəyi turnirin final mərhələsi fevralın 1-dən 28-dək təşkil olunacaq. Bununla bağlı qərar Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilmiş iclasında qəbul olunub. Turnirin seçmə mərhələ oyunları bu ilin oktyabr və noyabr aylarında olacaq. Yaxın günlərdə final mərhələsinin matçlarının keçiriləcəyi stadionların adları da açıqlanacaq. İcraiyyə Komitəsinin iclasında 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada təşkil olunacaq Afrika Millətlər Kubokuna aid bir sıra məsələləri də müzakirə olunub. Komitənin prezidenti Patris Motsep görüş çərçivəsində turnirin oyunlarını qəbul edəcək stadionları da ziyarət edib.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
matc.az

4Mənbələr