AZ

14 yaşlı Ruslanın anası: "İşıq pulunu belə ödəyə bilməmişik, qaranlıq evdə iki övladımla qalmışam"

14 yaşlı Ruslanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Qiyafət Abbasova məlumat verib.

O bildirib ki, övladına altı ay əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub.

"Ruslanın 14 yaşı var, ona səkkiz ay əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub. O vaxta qədər Ruslanda hər şey qaydasında idi. Məktəbə gedir, dərslərini yaxşı oxuyurdu, çox sakit uşaq idi. Amma bu xəstəlik onu tapandan övladımı tanıya bilmirəm, özünü döyür, qışqırır, ağlayır".

Qiyafət Abbasova bildirib ki, övladına tək baxır.

"Mən özüm tək anayam, yoldaşım üç il əvvəl vəfat edib. Ruslanın müalicəsi dayandığı zaman vəziyyəti lap ağırlaşır. Daha da aqressiv olur. İnanın, pulumuz olmadığı üçün işıq pulunu belə ödəyə bilməmişəm. İki övladımla qalmışam qaranlıq evdə. Müalicələr üçün isə 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 986-64-42.

Kapital Bank: 4169 7388 8565 0717.

14 yaşlı Ruslanın anası: "İşıq pulunu belə ödəyə bilməmişik, qaranlıq evdə iki övladımla qalmışam"

14 yaşlı Ruslanın anası: "İşıq pulunu belə ödəyə bilməmişik, qaranlıq evdə iki övladımla qalmışam"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
seher.media

4Mənbələr