Avropa İttifaqı Məhkəməsi (CURIE) Avropa Komissiyası tərəfindən "Google" şirkətinə tətbiq olunan 1,5 milyard avro cəriməni ləğv edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə məhkəmənin materiallarında bildirilir.
Məhkəmə rəqəmsal nəhəngin komissiyanın qərarını mübahisələndirdiyi arqumentlərlə razılaşıb. Məlum olduğu kimi, Avropa Komissiyası "Google"-ni rəqabət qaydalarını pozmaqda ittiham edib.
Avropa İttifaqı Məhkəməsi "Google" şirkəti ilə bağlı rəqib onlayn reklamverənləri bloklamaq üçün dominant mövqedən istifadə etdiyini göstərən əsas arqumentlərini qəbul edib. Bununla belə, cərimə ləğv olunub. Məhkəmə qərarını komissiyanın ədalətsiz hesab etdiyi müqavilə şərtlərinin qüvvədəolma müddətini qiymətləndirərkən bütün müvafiq halları nəzərə almadığı ilə əsaslandırıb.