AZ

Porsche Design AOC AGON PRO PD34 gaming monitoru təqdim edilib - QİYMƏTİ

     AOC şirkəti Porsche Design ilə əməkdaşlıq çərçivəsində yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitor Porsche Design AOC AGON PRO PD34 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir.     Ekran sRGB rəng diapazonunun 100%-ni, Adobe RGB və DCI-P3 rəng diapazonlarının isə 99%-ni əhatə edir. Üstəlik ekran 1.07 milyard rəngi əks etdirə bilir. AMD FreeSync Premium Pro və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərinə sahibdir. Porsche Design AOC AGON PRO PD34 özündə HDMI 2.1, DisplayPort 1.4, USB 3.2 və USB-C 3.2 Gen 2 girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Monitor artıq satışa çıxıb və onun qiyməti 1190 avro təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
technote.az

1Mənbələr