AZ

Galaxy A16 5G smartfonu Samsung tarixində uzunmüddətli dəstəyi əldə edəcək ilk büdcəli smartfon ola bilər

     Samsung şirkəti bu ilin əvvəlində Galaxy S24 smartfonlarını təqdim edən zaman elan etmişdi ki, onlar 7 illik dəstək müddətinə sahib olacaqlar. Yəni sözügedən smartfonlar 7 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcəklər. Yay fəslində təqdim edilmiş Galaxy Z Fold 6 və Galaxy Z Flip 6 smartfonları da 7 illik dəstək müddətini əldə etdilər. İndi isə məlum olub ki, Samsung-un təqdimata hazırlaşan büdcəli smartfonlarından biri də uzunmüddətli dəstəyə sahib olacaq. Söhbət, Galaxy A16 5G smartfonundan gedir.     Məlumata əsasən hələ təqdim edilməmiş bu smartfon Samsung tarixində 6 illik dəstək müddətinə sahib ilk büdcəli smartfonu ola bilər. Yəni nəticədə Galaxy A16 5G smartfonu 6 illik Android və təhlükəsizlik dəstəyini əldə edə bilər. Qeyd etmək lazımdır ki, Samsung-un daha öncəki büdcəli smartfonları yalnız 2 illik Android və təhlükəsizlik dəstəyini əldə edirdilər. Galaxy A16 5G-nin yaxın aylar ərzində təqdim olunacağı gözlənilir. Sözügedən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunmalı və Exynos 1330 və MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
technote.az

1Mənbələr