AZ

Moto G75 smartfonunun render fotoları təqdim edilib

     Motorola şirkəti Moto G75 adlı yeni büdcəli smartfon üzərində çalışır. 91mobiles saytı öz növbəsində hazırlanan bu yeni smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolara əsasən Moto G75 smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Məlumata əsasən bu yeni smartfon Full HD+ keyfiyyətli 6.8 düym ölçülü ekranla təchiz olunacaq və özündə Dolby Atmos dəstəyini birləşdirəcək. Moto G75 smartfonu 8 nüvəli Snapdragon prosessoru vasitəsilə çalışacaq. Lakin bunun dəqiq şəkildə hansı Snapdragon modeli olacağı bilinmir. Kameralar mövzusunda smartfon optik stabilizasiyaya sahib 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Smartfonun gövdəsi üstəlik IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Moto G75-in yaxın zamanda təqdim olunacağı gözlənilir.

Seçilən
20
technote.az

1Mənbələr