AZ

Tarix ədalətin bərpası-Antiterror əməliyyatları

30 ilin işğal faktoruna 44 gündə son qoyan Azərbaycan siyasi arenada olduğu kimi həbri arenada da öz sözünü dedi. Artıq təqvimdə işğal günlərini deyil, qələbə günlərini qeyd edirik. Ümumilikdə tarixə nəzər salanda 2021-23-cü illərin ölkəmizin həyatında mühüm və qürürverici hadisələrlə zəngin il olduğunu görürük. Bu hadisələrdən ən mühümü isə suverenliyimizin bərpası, Azərbaycan torpaqlarının işğalçılardan tam azad olunmasıdır. Artıq Xankəndidə tələbə, Xocalıda şagirdlər dərsə gedir. Şuşada vazğalı sədaları səslənir...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə vətəndaşlarına müraciətində belə bir fikir səsləndirmişdi. “2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”. Dövlət başçısının çıxışından da aydın görünür ki, suverenliyimizin bərpası üçün əməliyyatların həyata keçirilməsi zamanın tələbi idi. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı və qondarma rejiminin «rəhbəri» Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı. Bununla da Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələndi.

Aradan keçən müddət ərzində suveren Azərbaycan 30 ildə düşmən tapdağında olan ərazilərdə geniş quruculuq-abadlıq işlər həyata keçirir. İşgaldan azad olan ərazilərə köç karvanları yola salınır. 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Seçilən
23
2
sabahinfo.az

3Mənbələr