AZ

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə media-tur təşkil olundu

Təlimin ikinci günü - sentyabrın 18-də jurnalistlər və sosial media blogerləri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində oldular. 

İsmayıllı UADM-in fəaliyyət istiqamətləri və xidmətləri ilə tanış olmaq məqsədilə keçirilən mediaturda Mərkəzin direktoru Lətifə Əliyeva ümumilikdə yerlərdə icma daxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması baxımından Mərkəzlərin uğurlu nəticələr verdiyini diqqətə çatdırdı. Bildirdi ki, Dövlət Komitəsinin nəzdində daha 11 rayonda belə mərkəzlər fəaliyyət göstərir. 

L.Əliyeva, həmçinin qeyd etdi ki, Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, inkişafetdirici məşğələlər, psixoloq otaqları fəaliyyət göstərir. 

Sonra Mərkəzin fəaliyyətinə dair video-rolik nümayiş etdirildi və  media nümayəndələrinin sualları cavablandırıldı.

Fidan

XQ

Seçilən
24
xalqqazeti.az

1Mənbələr