AZ

Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur

Azərbaycanlı gənc bəstəkar Ruhin İsmayılov beynəlxalq arenada daha bir uğura imza atıb.

Bəstəkar Polşada keçirilən 5-ci “Dünyanın Ən Yaxşı Musiqiçiləri” Müsabiqəsində “The Return” əsəri ilə yarışmada 2-ci yerin sahibi olub.

Xatırladaq ki, müsabiqəyə dünyanın 56 ölkəsindən  400-dən artıq musiqiçi qatılıb.

Qeyd edək ki, Ruhin İsmayılov bundan başqa bir neçə beynəlxalq müsabiqələrin iştirakçısı olmuş və uğurlu naliyyətlər əldə etmişdir.

Bəstəkar, 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir. Burada simli kvartet və texno-musiqiylə sintez olunmuş “Sarı gəlin” mahnısı Yallı kompazisiyası və Aleksandr Rıbakın “Fairytale” mahnısı təqdim olunub.

2020-ci ildə ABŞ-ın “Cinetools Freaky loops” kimi nüfuzlu musiqi və “Sound fx” şirkəti ilə müqavilə bağlayıb.

Həmin ildə beynəlxalq “Rising star” yarışmasının Türkiyə proqramının finalçıları ilə çalışmaları olub.Belə ki, türk müğənnisi Vuralın Səma Aydəmirlə duet oxuduğu “Susma” sinqlının aranjimanını edib.

XQ

Seçilən
31
20
xalqqazeti.az

10Mənbələr