AZ

"Bakı metropoliteni" yeraltı suyundan istifadə edəcək – Layihənin DETALLARI VİDEO

"Bakı Metropoliteni" yeraltı sulardan texniki su kimi istifadə etmək üçün yeni layihələr həyata keçirəcək.

Bu barədə "Xəzər Xəbər"ə açıqlamasında "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, metro yeraltı suların məkanı olduğu üçün burada gölməçələr çoxdur. Həmin gölməşələrdən toplanan sulat labarator analizdən keçirildikdən və yayarlılığı müəyyənləşdirkdən sonra istifadə ediləcək.

Bəxtiyar Məmmədovun sözlərinə görə, daha öncə qrunt suları kanalizasiya xəttinə axıdılırdısa, artıq bu sulardan səmərəli şəkildə istifadə olunacaq ki, bu da böyük həcmdə suya qənaət etmək deməkdir.

Sözügedən layihə effektiv və çox böyük vəsait tələb etməyən layihədir. Bu səbəbdən də layihənin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
xezerxeber.az

5Mənbələr