6 britaniyalı diplomatın Moskvadan çıxarılması Britaniya tərəfinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə təbii cavab adlandırılıb,
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyindən TASS-ın müxbirinə verilən məlumata görə, səfir Andrey Kelin çağırıldığı Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələrinə bildirib.
İkitərəfli münasibətlərdə mövcud vəziyyətin müzakirəsi kontekstində, Andrey Kelin Britaniya tərəfinin xahişi ilə bu ilin avqustunda Rusiya tərəfinin Britaniyanın altı əməkdaşının akkreditasiyasını ləğv etmək qərarının səbəblərini izah edib.
Vurğulanıb ki, "Bu, Böyük Britaniya tərəfinin may ayında yalan bəhanələrlə elan etdiyi birtərəfli məhdudlaşdırıcı tədbirlərə, o cümlədən bir sıra rusiyalı diplomatların Londona ezamiyyətlərinin məcburi şəkildə dayandırılmasına təbii cavabdır”, - Rusiya diplomatik missiyası bildirib.