AZ

Amil Yunanov Albaniyaya necə getdi?

Klubsuz qalan Amil Yunanovun ünvanı artıq bəllidi. O, Albaniyanın Ballş şəhərini təmsil edən “Bülis”dsə çıxış edəcək. Ötən mövsümün sonunda icarə əsasında oynadığı “Kəpəz”dən ayrılandan sonra uzun müddət işsiz qalan Yunanovun bu seçimi ictimaiyyət tərəfindən alqışlandı.

Bəs Amil necə oldu “Bülis”i seçdi, hazırda komanda məşqlərinə qatılırmı?

Yunanov transferi barədə “Football-plus.az”a danışdı:

“Danişiqlar bir günün içinə oldu. Axşam zəng etdilər, “klub da, rəhbərlik də səni istəyir” dedilər. Mən də şərtlərimi bildirdim, razılaşdıq. Ertəsi bilet aldılar, getdim. Dünən fərdi məşq elədim, bu gündən artıq komanda məşqlərinə qatılmışam. Bura gələndə çox yaxşı qarşıladılar. Demək olar, əksəri kənardan gələn futbolçulardı. Albaniyada legioner həyatı yaşayan futbolçularımızdan maraqlandım. Heç kim komanda haqqında pis nəsə demədi. Mövsümün sonuna qədər burdayam. İnanıram ki, baş məşqçinin və azarkeşlərin ümidlərini doğruldacam. Ayın 22-si çempionat oyunu var. Ümid edirəm ki, ya əsas heyətdə, ya da sonradan şans qazanacam”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
football-plus.az

2Mənbələr