AZ

FED-in qərarından sonra qızılın qiymətində yeni rekord

ABŞ Mərkəzi Bankının (FED) 0,50 faiz bəndi faiz endirməsindəndən sonra qızıl daha da bahalaşıb.

Marja.az xəbər verir ki, qızılın unsiyasının qiyməti 2600 dolları görüb. Qızılın qiyməti 2600 dolları test etdikdən sonra geri çəkilərək 2586 dollara düşüb. Qızıl Bakı vaxtı ilə saat 22:50-də 0,6% bahalaşma ilə 2585 dollardan ticarət olunub. 

FED rəsmiləri, xüsusilə məşğulluq tərəfindəki vəziyyəti vurğulayaraq faizi 0,50 bənd azaltmağa qərar veriblər. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların proqnozu 0,25 bəndlik azalma olacağı idi.

Qlobal maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group Inc."ın analitikləri qızılın gələn ilin əvvəlində bir unsiya üçün 2700 dollara qədər bahalaşacağını proqnozlaşdırmışdılar. 

Qiymətli metal bu il təxminən 25 faiz bahalaşıb. Qızılın bahalşması tendensiyasını dəstəkləyən digər amillərə mərkəzi banklar və Çin istehlakçıları tərəfindən alışların artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələr daxildir.

Seçilən
11
marja.az

1Mənbələr