AZ

Sonsuzluq və cinsi ehtiras dərmanı - Küncüt

"Müxtəlif unlu məmulatların üstünə vurulan və onlara dad qatan küncüt toxumları əslində həm də yüz  dərdə məlhəmdir. Bizim zövq, ləzzət naminə yediyimiz bu bitki əslində vitamin və minerallarla zəngindir. Tərkibindəki yağlı turşular ürək-damar sistemi üçün çox faydalıdır, insult və infarktın riskini azaldır".

Bu fikirləri Hit.az-a fitoterapevt Yasəmən Əliyeva səsləndirib:

"Kalsiumla zəngin olduğu üçün küncüt sümük və oynaqlara xeyirlidir. Tərkibində A, E və C vitaminləri  var. Buna görə o, orqanizmi cavanlaşdırır.  Ağ toxumlu  küncüt xüsusilə, qiymətlidir. Qədimdə küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. O, immun sistemini möhkəmləndirir. Balla qarışdırılmış küncüt qrip və soyuqdəymədən qoruyur, virus və mikrobları məhv edir. Bundan əlavə, küncüt  afrodiziakdır.  O qadın və kişi cinsiyyət sistemlərini gücləndirir, ehtirası artırır".

Murad

Seçilən
32
1
hit.az

2Mənbələr