AZ

BMT Baş Assambleyası İsraillə bağlı qətnamə qəbul etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT Baş Assambleyası İsraildən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməsini və bir il ərzində işğal olunmuş Fələstin torpaqlarını tərk etməsini tələb edən qətnamə layihəsinin lehinə səs verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qətnaməni 124 dövlət, o cümlədən Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa dəstəkləyib, 14 ölkə, o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya buna qarşı çıxıb. Daha 43 ölkə səsvermədə bitərəf qalıb.
İsrail yeni qətnaməyə Xarici İşlər Nazirliyinin bəyanatı ilə cavab verib.
"İsrail BMT Baş Assambleyasının təhrif olunmuş qərarını rədd edir və bu gün Nyu-Yorkda keçirilən səfehlər paradına qoşulmayan dünyanın aparıcı ölkələrinə təşəkkür edir", - bəyanatda bildirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
oxu.az

10Mənbələr