AZ

Paytaxtda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO

Nəsimi rayonu, İmran Qasımov küçəsində piyadalar üçün nəzərdə tutulmuş səki zəbt olunub. Belə ki, səkidə maşınların park edə bilməsi üçün xətlər çəkilib.

İqtisadiyyat.az xəbər verir ki, piyadalar yaranan vəziyyətdən narazıdırlar. Onlar özlərini təhlükəyə ataraq maşın yolu ilə getməli olduqlarını bildiriblər.

Qarşısında xətlər çəkilən obyekt sahibi isə kim tərəfindən və nə vaxt bu işin edildiyindən xəbəri olmadığını deyib.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, mövzu nəzarətə götürülüb və araşdırılacaq.

Ətraflı ATV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
13
iqtisadiyyat.az

10Mənbələr