Tayvan və Macarıstan ötən gün Livanın müxtəlif yerlərində partlayan qurğularla əlaqəni təkzib edib.
“Operativ Media” xəbər verir ki, bu haqda “The Vashington Post” məlumat yayıb.
Belə ki, partlayışlardan sonra sosial mediada yayımlanan iki fotoşəkildə “AR-9” model nömrəsinin üstündə mətndə “GOLD” yazılmış peycerlərin yanmış və zədələnmiş arxa panelləri əks olunub. Mətnin dizaynı Tayvanlı peycer istehsalçısı “Gold Apollo Co” tərəfindən istehsal olunan “AR-924” peycer modelinin arxa tərəfində təsvir edilmiş mətnə uyğun gəlir.
“Gold Apollo” şirkəti sözügedən cihazları dizayn və ya istehsal etmədiyini açıqlayıb. O, həmin peycerlərin bəzi bölgələrdə “Gold Apollo” brendinin ticarət nişanından istifadə etməyə icazəsi olan BAC Consulting KFT adlı Macarıstan şirkəti tərəfindən idarə edildiyini bildirib.
Lakin Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç şirkətin bu açıqlamasına etiraz edərək sözügedən qurğuların ölkələrində heç vaxt mövcud olmadığını deyib.