AZ

Başınızda sıxılma hissi varsa, diqqətli olun

Başınızda sıxılma hissi varsa, bu, nəyin əlamətidir və nə etmək lazımdır?

Türkiyəli həkim, Beykent Universiteti Xəstəxanasının nevrologiya üzrə mütəxəssisi Selma Akkaya Arı gərginlikdən qaynaqlanan baş ağrıları ilə bağlı açıqlamalar verib.

Day.Az Milli.Az-a istinadən bildirir ki, onun sözlərinə görə, müasir həyatın stresi və gərgin iş rejimi baş ağrılarının ən çox yayılmış səbəblərindəndir. Gərginlikdən qaynaqlanan baş ağrıları başın ənsə və arxa hissəsindən başlayaraq bütün başa yayılır, sıxılma və təzyiq hissi yaradır.

"Bu cür ağrılar adətən stres, yuxusuzluq, əzələ gərginliyi və digər faktorlardan qaynaqlanır. Gərginlik tipli baş ağrıları adətən yüngül və ya orta şiddətdə olur, miqren kimi baş ağrıları ilə müqayisədə ürəkbulanma və qusma kimi şikayətlər nadir hallarda rast gəlinir. Ağrının müddəti bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Bəzi xəstələr başlarında bir sarğı varmış kimi təzyiq hissi duyurlar", - deyə nevroloq qeyd edib.

Gərginlik tipli baş ağrılarının qarşısının alınması və müalicəsi mümkündür.

"Uzun müddət kompüter qarşısında işləyənlər üçün erqonomik oturacaq şəklinin tənzimlənməsi vacibdir. Keyfiyyətli və yetərli yuxu baş ağrılarının qarşısının alınmasında mühüm rol oynayır. Baş və boyun nahiyəsinə tətbiq olunan isti və ya soyuq kompres də əzələləri rahatlaşdıraraq ağrıları aradan qaldıra bilər", - deyə o əlavə edib.

"Əgər baş ağrıları ilə yanaşı, ürəkbulanma, qusma və ya görmə pozğunluğu kimi əlamətlər varsa, bu hal ciddiyə alınmalıdır" , - mütəxəssis xəbərdarlıq edib.

Selma Akkaya Arı lazımsız dərman istifadəsindən qaçınmağı da vurğulayıb.

"Uzunmüddətli və şiddətli baş ağrıları müxtəlif xəstəliklərin əlaməti ola bilər və mütləq mütəxəssis rəyi alınmalıdır" , - deyə o bildirib.

Seçilən
244
5
day.az

10Mənbələr