Fransanın Sakit okeandakı xarici ərazisi olan Yeni Kaledoniyada iğtişaşlar zamanı öldürülənlərin sayı 12 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “France 24” agentliyi məlumat yayıb.
Məlumata görə, nümayişçilərin daha biri polis əməkdaşları tərəfindən öldürülüb.
"Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyadakı əməliyyatı zamanı çərşənbə günündən cümə axşamına keçən gecə bir nəfər öldürülüb. Beləliklə, Fransanın Sakit okean ərazisindəki dörd aylıq iğtişaşlarda ölənlərin sayı 12-yə çatdı", - məlumatda bildirilir.
Agentlik qeyd edib ki, hadisə ərazinin inzibati mərkəzi olan Numea yaxınlığındakı Sen-Lui qəsəbəsində polis və nümayişçilərin toqquşması zamanı baş verib. Məlumata görə, polis daha on nümayişçinin axtarışını davam etdirir.
Xatırladaq ki, sakinlər Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan Konstitusiyaya olunan dəyişikliyə etiraz edirlər