AZ

Vinisiusa qarşı irqçilik edən azarkeş cəzalandırıldı

İspaniyada məhkəmə internetdə "Real"ın hücumçusu Vinisius Junioru irqi təhqir edən azarkeşə 60 min avro cərimə kəsib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, azarkeş X sosial şəbəkəsində braziliyalı futbolçuya qarşı irqçi ifadələrə yol verib.

Cərimə ilə yanaşı, azarkeşə 2 il müddətinə İspaniyanın bütün stadionlarını ziyarət etmək qadağan edilib.

İspaniyada stadionda irqçiliyə görə ilk məhkumluq faktı qeydə alınıb. Üç "Valensiya" azarkeşi Vinisiusu təhqir etdiyinə görə 8 ay həbs cəzası alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
27
39
milli.az

10Mənbələr