Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın sonunda ABŞ- a səfəri zamanı "qələbə planını” həyata keçirmək üçün Ukraynanın NATO və Aİ-yə üzvlüyünə, habelə Ukrayna Silahlı Qüvvələrinə müasir silahların verilməsinə cəhd etmək niyyətindədir. ” Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
"Gözlənilir ki, Zelenskinin NATO və Avropa İttifaqına üzvlük, iqtisadi və təhlükəsizlik sazişləri, eləcə də daha müasir silahların daimi tədarükünə can atacaq" - nəşr yazır.
Qeyd olunur ki, ABŞ prezidentliyinə demokrat namizəd Kamala Harris ABŞ-a səfəri zamanı Zelenski ilə görüşməyi planlaşdırır.
Daha əvvəl Reuters xəbər vermişdi ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp gələn həftə ABŞ-a səfəri zamanı Zelenski ilə görüşə bilər.
Gülnar
www.anews.az