ABŞ-ın məşhur isimləri noyabr ayında keçiriləcək prezident seçkilərinə münasibət bildirməkdə davam edir.
Kulis.az xəbər verir ki, Taylor Sviftdən sonra Billi Ayliş də Kamala Harrisə səs verəcəyini bildirib.
Billi Ayliş sosial şəbəkə hesabında paylaşdığı videoda: "Kamala Harrisə səs verəcəyik, çünki o, azadlığımız, dünyamız və demokratiyamız uğrunda mübarizə aparır", - deyə bildirib.
"Gedin səs verin, çünki həyatınız bundan asılıdır", - deyə o, əlavə edib.