AZ

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

15-16 noyabr 2024-cü il tarixlərində Bakıda COP29 çərçivəsində Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.

Energetika Nazirliyinin məlumatına görə, forum iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

İki günlük forumda Mərkəzi Asiyadakı bərpaolunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək. Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrini irəlilətmək üçün bərpaolunan enerjinin inkişafını təşviq etmək və enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları və digər əsas maraqlı tərəflər arasında geniş dialoqun təşkili üzrə platforma təmin edəcək. Burada, həmçinin ikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlı tərəflərə regionun bərpaolunan enerji layihələrini nümayiş etdirəcək sərgi sahəsi təqdim olunacaq.

Seçilən
19
1
vergiler.az

2Mənbələr