AZ

Paytaxt klubunda istefa

Daniele De Rossi artıq “Roma”nın baş məşqçisi deyil.

Paytaxt klubu onu istefaya göndərib. Rəhbərliyin qərarına komandanın mövsümə uğursuz start götürməsi səbəb olub. “Roma” A seriyasında keçirdiyi ilk 4 oyunda hesabına yalnız 3 xal yaza bilib və hazırda 16-cı yerdədi.

De Rossi baş məşqçi vəzifəsinə yanvar ayında təyinat almışdı. Avropa Liqasında yarımfinala qədər irəliləyən “Roma” İtaliya çempionatında son mövsümü 6-cı yerdə başa vurmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
football-plus.az

2Mənbələr