AZ

COP29 konfrasında tədbirlərin təşkili bu qaydada keçiriləcək

Bu gün  COP 29  əməliyyat şirkəti Olimpiya stadionuna press tur təşkil edib. 

COP29 məkanı iki  - yaşıl və mavi zonaya bölünüb.  Olimpiya stadionuna iki - cənub və şimal girişi müəyyən olunub. 

Mavi zonanın əsas girişində  35 qeydiyyat məntəqəsi yaradılıb. Bu məntəqələr A zonasında fəaliyyət göstərəcək. 

B zonasında isə vətəndaş cəmiyyəti və gənclər təşkilatları tədbirlər təşkil edə biləcək. 

Əsas danışıqlar isə C zonada keçiriləcək. 

Mavi zona 49 hektar təşkil edir. 

D zonada plenar otaqlar, media və konfrans otaqları yerləşəcək. 

Bu zonada VİP ərazilər təşkil olunub ki, bu otaqlarda yüksək qonaqlar fərdi danışıqlar apara biləcəkıər. 

Mavi zonaya girişi olanlar  yaşıl zonaya da gedə biləcək. Bu zonalar bir körpü ilə birləşdirilib. 

Mavi zonanın idarəçiliyi BMT -ə məxsus olacaq. 

Yaşıl zonada isə idarəçiliyi Azərbaycan tərəfi icra edəcək. 


N.Təbrizli

www.anews.az
Seçilən
1
anews.az

1Mənbələr