AZ

Qriqorçukla razılıq əldə olundu – “Neftçi”ni azərbaycanlı baş məşqçi çalışdıra bilər!

“Neftçi” Azərbaycan derbisində “Qarabağ”a məğlub olsa, baş məşqçisi Roman Qriqorçukla yolları ayıracaq.

“Football-plus.az”ın məlumatına görə, bu barədə qərar mütəxəssislə klub rəhbərliyi arasındakə görüşdə qəbul olunub. Hətta ukraynalı çalışdırıcı “ağ-qaralar”dan işlədiyi müddətin maaşından əlavə hansısa maddi tələbinin olmadığını dilə gətirib.

Əldə etdiyimiz bilgiyə görə, vaxt itirmək istəməyən klub idarəçiləri artıq yeni baş məşqçi axtarışına başlayıb. “Neftçi”nin bu post üçün ən real namizədi yığmanın sabiq məşqçisi Arif Əsədovdu. Onun öz oyununu göstərməkdən, demək olar ki, imtina edən yerli futbolçularla, xüsusilə Ramil Şeydayev, Qara Qarayev və Emin Mahmudovla səmimi münasibətlər sayəsində komandanı tezliklə toparlayacağı düşünülür.

Bəs “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun bu posta gətiriləcəyi haqda söz-söhbət nə dərəcədə doğrudu? Redaksiyamıza verilən bilgiyə görə, bu söhbət klub daxilində həqiqətən müzakirə olunub və bir dönəmə qədər aktual imiş. Xatırlayırsızsa, “ağ-qaralar” yayda Samir Abasova təklif göndərmiş və “yox” cavabı almışdı. Mütəxəssisin Misli premyer-liqasının 4-cü turunda “Sabah”ın meydanından məğlub ayrıldıqdan sonra (1:3) keçirilən mətbuat konfransında jurnalistlərdən birinin “Neftçi”dən sizə təklif gəlmişdi. Bu gün “Sumqayıt”da qaldığınıza görə peşmansınız?” sualına “Əsla” cavabını verməsi məsələyə son qoyub.

Qeyd edək ki, “ağ-qaralar” 6 turdan sonra 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
football-plus.az

1Mənbələr