AZ

Rusiyadakı qanunsuz miqrantların sayı açıqlandı - Siyahıda Azərbaycan da var

“Rusiyada hazırda qanunsuz miqrantların sayı təqribən 739 min nəfərdir”.

Bunu “Kommersant”a müsahibəsində Rusiyanın daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy deyib.

Onun sözlərinə görə, ölkədəki qanunsuz miqrantlar əsas olaraq Özbəkistan, Tacikistan, Azərbaycan, Qırğızıstan və Ermənistan vətəndaşlarıdır. 

Qorovoy, həmçinin Rusiyadakı xarici vətəndaşların sayını açıqlayıb: “Hazırda ölkəmizdə xarici vətəndaşlığı olan 6 milyon 174 min şəxs var. Rusiyada olan vətəndaşlarının sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir. Ölkələr azalan ardıcıllıqla qeyd olunub”.

Nazir müavini əlavə edib ki, ilin əvvəlindən Rusiyaya 7,5 milyona yaxın xarici vətəndaş gəlib, 6 milyon 800 min əcnəbi vətəndaş isə ölkədən gedib. 

 


 

Seçilən
42
4
bizimxeber.az

5Mənbələr