AZ

İordan çayının qərb sahilində oktyabrın 7-dən bəri ən azı 689 fələstinli ölüb

7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə ən azı 689 fələstinli, həmçinin 22 israilli həlak olub. Bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, 671 fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb, 11 nəfər isə israilli mühacirlər tərəfindən hücumlar nəticəsində həlak olub. Bundan əlavə, daha 7 işdə ölümün səbəbkarlarını müəyyən etmək mümkün olmayıb.

Sənəddə qeyd edilir ki, eyni müddət ərzində İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 22 israilli, o cümlədən 15 İsrail Müdafiə Qüvvələrinin əməkdaşı öldürülüb.

Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsi ilə İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
oxumeni.az

1Mənbələr