AZ

Qaraciyəri müalicə edən BİTKİLƏR

 

Qaraciyərə faydalı bir çox dərman bitkiləri var. Sağlamolun.az onlardan bəzilərini və istifadə qaydalarını təqdim edir:
Nanə
  • Faydaları: Nanə zəhərlənmə zamanı çox faydalıdır, qaraciyərə toksik maddələrdən təmizlənməyə və daha çox öd istehsal etməyə kömək edir.
  • Hazırlanması: 5 qram nanə yarpağını 1 stəkan qaynar su ilə dəmləyin, 15 dəqiqə saxlayın.
  • İstifadəsi: Hər 3 saatdan bir 1 xörək qaşığı içmək məsləhətdir.
Gənəgərçək (Calendula)
  • Faydaları: Gənəgərçək qaraciyərdə maddələr mübadiləsini sürətləndirir, onun sekretor funksiyasını yaxşılaşdırır və öd ifrazını artırır.
  • Hazırlanması: 2 çay qaşığı çiçəyi 2 stəkan qaynar su ilə dəmləyin, 1 saat saxlayın, sonra süzün.
  • İstifadəsi: Bu müalicəvi içkidən gündə 4 dəfə yarım stəkan içmək məsləhətdir.
Papatya
  • Faydaları: Papatya qaraciyər ağrılarına yaxşı təsir edir, spazmları tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir.
  • Hazırlanması: 1 xörək qaşığı quru papatyanı 1 stəkan qaynar su ilə dəmləyin, 20 dəqiqə saxlayın.
  • İstifadəsi: Süzün və səhər-axşam yarım stəkan için.

Saglamolun.Az





Seçilən
74
41
saglamolun.az

10Mənbələr