ABŞ-da prezidentliyə namizəd Donald Tramp tərəfdarları üçün burger və piyvə alıb. Bu barədə New York Post qəzeti yazıb.
"Mən indicə Bitcoin ilə ilk əməliyyatımı etdim", - namizəd bildirib.
Tramp prosesi Nyu-Yorkda kriptovalyutanı qəbul edən PubKey barında icra edib.
Trampın "bir əməliyyatı tamamlamaq üçün Bitcoin-dən istifadə edən ilk ABŞ prezidenti” olduğu vurğulanır.
Tramp kriptovalyutadan PubKey müştəriləri üçün aldığı burger və pivənin pulunu ödəmək üçün istifadə edib.
PubKey Nyu-Yorkda ödəniş üçün bitkoinləri qəbul etməklə tanınan bir bardır.
İyulda Tramp ölkəni "bitcoin super gücünə” çevirəcəyini vəd etmişdi və qeyd etmişdi ki, yenidən seçilərsə, sənayeyə qarşı təzyiqləri dayandıracaq.
Noyabrın 5-də Amerikada prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasından prezidentliyə Donald Tramp öz namizədliyi irəli sürüb. Onun rəqibi isə Hamala Harrisdir.
Gülnar
www.anews.az