AZ

“ADEX”də Azərbaycanın 10.7 mm çaplı avtomat silahı və 7.62 mm çaplı snayper tüfəngi də sərgilənəcək

5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” sərgilərində 38 ölkəni təmsil edən 270-dək şirkət iştirakını təsdiqləyib. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib.
ARANTV.AZ  xəbər verir ki, bu sözləri Müdafiə Sənayesi Nazirliyinin (MSN) Hərbi-Texniki əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva sentyabrın 19-da 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında bildirib.
O deyib ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan sahələrin, o cümlədən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin üç stendində, ümumilikdə 193 adda eksponat nümayiş etdiriləcək. Bu eksponatlar arasında ilk dəfə olaraq 10.7 mm çaplı avtomat silahı və 7.62 mm çaplı snayper tüfəngi sərgilənəcək.
G.Rzayeva diqqətə çatdırıb ki, qonaqlar qeyd olunan məhsulların hər birinin texniki xüsusiyyətləri ilə sərgi zamanı əyani şəkildə tanış ola biləcəklər. “ADEX” çərçivəsində müxtəlif məhsullar nümayiş olunacaq və görüşlər keçiriləcək, həmçinin dövlətlərarası yeni razılaşmalar əldə olunacaq.
Qeyd edək ki, sərgilər sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək.

Seçilən
45
arantv.az

1Mənbələr